A24 Xeber

Nazpəri Dostəliyevanın saxta alimliyi işinə yaradı – ANALİZ

Nazpəri Dostəliyevanın saxta alimliyi işinə yaradı – ANALİZ
126
02 Avqust 2018 - 10:11

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadla şou-biznes nümayəndələri ilə bağlı ölkədə ilk dəfə olaraq iyul ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 6720 xəbər yerləşdirilib. Bunlardan 135-i mənfi, 9-u müsbət, 6576-sı isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Nazpəri Dostəliyeva (105 xəbər – Xalq artistinin saxta alimliyi), Xatun Əliyeva (18 xəbər – Fatimə Xatunu məhkəməyə verir). Müsbət xəbərlər isə Mənsum İbrahimova (9 xəbər – Ramil Usubov xalq artistini təltif etdi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1Nazpəri Dostəliyeva535 xəbər
2Aygün Kazımova433 xəbər
3Fədayə Laçın335 xəbər
4Röya Ayxan294 xəbər
5Tarix Əliyev214 xəbər
6Könül Kərimova203 xəbər
7Rəqqasə Fatimə177 xəbər
8Xatirə İslam173 xəbər
9Flora Kərimova165 xəbər
10Elza Seyidcahan161 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 609 xəbər dərc edilib. Bunlardan 6-sı mənfi,  603-ü isə neytral xəbərlərdir. Mənfi xəbərlər Nazpəri Dostəliyeva (4 xəbər – Xalq artistinin saxta alimliyi) və Xatun Əliyevaya (2 xəbər – Fatimə Xatunu məhkəməyə verir) məxsusdur. İyul ayında bu sektorla bağlı yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Nazpəri Dostəliyeva43 xəbər
2Aygün Kazımova38 xəbər
3Röya Ayxan33 xəbər
4Tarix Əliyev28 xəbər
5Sevil və Sevinc bacıları22 xəbər
6Flora Kərimova21 xəbər
7Könül Kərimova21 xəbər
8Rəqqasə Fatimə17 xəbər
9Sevda Ələkbərzadə15 xəbər
10Murad Arif15 xəbər

İyul ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 27 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Alim Qasımov11 xəbər
2Aygün Kazımova6 xəbər
3Məleykə Əsədova3 xəbər
4Brilliant Dadaşova2 xəbər
5Mənsum İbrahimov2 xəbər
6Elza Seyidcahan1 xəbər
7Nisə Qasımova1 xəbər
8Ədalət Şükürov1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00