Neft Fondu AÇG və "Şahdəniz"dən əldə etdiyi 1 aylıq gəlirini açıqladı

Neft Fondu AÇG və “Şahdəniz”dən əldə etdiyi 1 aylıq gəlirini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2018-ci ilin fevralın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

“A24.az” xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, bu ilin yanvar ayında AÇG yataqları üzrə fond 651,6 mln. dollar gəlir əldə edib.

AÇG Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən Fonda 450 mln. ABŞ dolları məbləğində bonus ödənilib.

“Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən 0,108 mln. ABŞ dolları məbləğində əlavə bonus ödənilib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən bu ilin əvvəlinədək AÇG yataqlar bloku üzrə 129,137 mlrd. dollar, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. dollar həcmində gəlir əldə olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar