Neftçala sakini küllü miqdarda narkotiklə tutuldu

Neftçala sakini küllü miqdarda narkotiklə tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Neftçala rayonunda yerli sakinin evindən küllü miqdarda narkotik maddə aşkar olunub.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu, Neftçala rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında aparfığı əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub.

Əməliyyat nəticəsində rayonun 1-ci Qaralı kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Nizami Hacı oğlu Dadanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman birinci mərtəbədə şkaflarda gizlədilmiş müxtəlif sellofan bağlamalarda, bankalarda və kibrit qutularında təxminən 2,5 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bununla yanaşı evdə qanunsuz saxlanılan 12 və 16 kalibrli ov tüfəngi də aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə narkotik maddələr və ov tüfəngləri maddi sübut kimi götürülərək şöbəyə aparılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin təhqiqat qurupunda araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar