Neftçalada silsilə oğurluq edən şəxs saxlanıldı

Neftçalada silsilə oğurluq edən şəxs saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Neftçalada mağazalardan silsilə oğurluq edən rayon sakini saxlanılıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, Neftçala rayonunun Qırmızıkənd kənd sakini Ayaz Ağayevə məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən  seyfdən 150 manat nağd pul və 300 manat dəyərində danışıq kartları, 85 manatlıq siqaretlərin oğurlanması barədə Neftçala rayon polis şöbəsinə yazılı müraciət edib.

Həmçinin Nofəl  Əlisəfa oğlu Məmmədov Neftçala polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan 300 manat dəyərində nağd pul, 100 manat dəyərində telefon danışıq kartları, həmçinin müxtəlif ərzaq məhsullarını və siqaret  oğurlandığını, ümumilikdə 517 manat məbləğində ziyan dəydiyini qeyd edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin cinayət hadisələrini rayonun Qırmızıkənd kənd sakini, əvvəllər oğurluq üstündə məhkum olunmuş, 24 yaşlı İsa Nəcəfli törədib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.  İ.Nəcəfli   telefon kartlarının müəyyən hissəsini Bakı şəhərində satıb. İlkin istintaq zamanı İsa Nəcəflinin ötən ilin avqustunda Ayaz Ağayevin mağazasından 1200 manat pul oğurladığı da aşkar olunub.   Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar