A24 Xeber

Neftçalada tikintidə bədbəxt hadisə: Ölən və yaralanan var

Neftçalada tikintidə bədbəxt hadisə: Ölən və yaralanan var
66
28 Mart 2018 - 21:46

Neftçalada tikintidə bədbəxt hadisə baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki,hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00