“Neftçi” Avroliqada

“Neftçi” Avroliqada
Want create site? Find Free WordPress Themes and plugins.

 Futbol üzrə Azərbaycan Premyer Liqasında son turun ilk 3 oyunu keçirilib.

Bu görüşlər nəticəsində turnir cədvəlində bütün komandaların yekun mövqeyi dəqiqləşib. “Nefçi” Gəncədə “Kəpəz” üzərində 2:1 hesablı qələbə qazanaraq, bürünc medal və Avropa Liqasına vəsiqəni təmin edib. Hesabı 63-cü dəqiqədə flaqmanın kapitanı Ruslan Abışov açıb. Bundan cəmi 3 dəqiqə sonra Şəhriyar Rəhimov bərabərlik qolunu vurub. Lakin 79-cu dəqiqədə Lukas Qomes “Kəpəz”in müdafiəçisi və qapıçısı arasındakı anlaşılmazlıqdan yararlanaraq, qələbə topunu vurub. 88-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Kirilo Petrov qırmızı vərəqə alsa da, gəncəlilər say üstünlüyündən yararlana bilməyiblər. Bununla da xallarını 46-ya çatdıran “Neftçi” 3-cü yeri tutub.

Avroliqaya vəsiqə şansı verən 4-cü yerin taleyi isə Sumqayıtda eyniadlı komanda ilə “Zirə” arasındakı qarşılaşmada həll olunub. Artıq 13-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu Cavid İmamverdiyev gözəl zərbə ilə hesabı açsa da, 68-ci dəqiqədə qonaqların moldovalı legioneri Aleksandr Dedov bərabərlik qolunu vurub. “Sumqayıt”ı bu hesab qane etmədiyindən, bütün komanda ilə irəli atılıb. Komanda üzvləri bunun cəzasını uzatma dəqiqələrində çəkiblər. Qapıçı Mehdi Cənnətov da hücuma kömək məqsədilə irəli atıldığı vaxt “Zirə” əks-hücuma keçib və Sadio Tounkara qələbə topunu vurub. Bu qələbə sayəsində xallarını 44-ə çatdıran “Zirə” 4-cü yeri tutub. Ayxan Abbasovun baş məşqçi olduğu kollektivin Avroliqaya vəsiqə qazanması Azərbaycan Kubokunun final matçından sonra müəyyənləşəcək. “Keşlə” “Qəbələ”yə qalib gəlsə, “Zirə” qitəmiqyaslı turnirdən kənarda qalacaq. Əks halda, Abbasovun komandası 4-cü yerin sahibi kimi Avropaya yollanacaq. 40 xalla 5-ci yeri tutan “Sumqayıt” isə ardıcıl ikinci mövsüm çox yaxın olduğu Avroliqaya çıxa bilməyib.

Turun formal xarakterli daha bir qarşılaşmasında isə “Keşlə” “Səbail”i 1:0 hesabı ilə yenib. Yeganə qolu 63-cü dəqiqədə Rafael Məhərrəmli vurub. Bununla da xallarını 31-ə çatdıran Yuri Maksimovun komandası çempionatı 6-cı pillədə bitirib. 23 xala malik Samir Əliyevin baş məşqçi olduğu kollektiv isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, tura mayın 21-də keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

 

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar