“Neftçi” ikinci dövrəyə qələbə ilə başladı – VİDEO

“Neftçi” ikinci dövrəyə qələbə ilə başladı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

 Bu gün Azərbaycan Premyer Liqasında XV turun son 2 görüşü keçirilib.

Bu dəfə turnir cədvəlinin son 4 pilləsində qərarlaşmış komandalar meydana çıxıblar.

İlk görüş qış fasiləsində böyük dəyişikliklərə əl atan “Keşlə” ilə debütant “Səbail” arasında olub. Meydan sahibləri yeni baş məşqçiləri Yuri Maksimovun rəhbərliyi altında ilk rəsmi oyunlarına çıxıblar. Qış fasiləsində Kamran Ağayev, Məqsəd İsayev, Vaqif Cavadov, Pablo Podio Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon və Sezar Meza Kollini heyətə cəlb edən keşləlilər yetərincə güclənsələr də, qələbəyə nail ola bilməyiblər. Əksinə, hesabı “Səbail” açıb. 34-cü dəqiqədə Fəhmin Muradbəyli fərqlənib. “Keşlə” bərabərlik qolunu ikinci hissədə vurub. Penaltini dəqiq yerinə yetirə bilməyən Pərdis Fərcad-Azad az sonra bərabərlik qolunu vurub. Bunadək iki komanda arasındakı görüşlərdə eyni nəticə qeydə alınmışdı. Hər iki matçda meydan sahibi olan tərəf minimal 1:0 hesabı ilə qalib gəlmişdi.

Turun son oyununda qış fasiləsində keçirdikləri yoxlama matçlarında 1:8 hesabı ilə uduzmaqla diqqət mərkəzinə düşən “Neftçi” və “Kəpəz” komandaları üz-üzə gəliblər. Bu görüşdə cəmi bir qol vurulub. 86-cı dəqiqədə Mirabdulla Abbasov fərqlənərək, “Neftçi”yə qələbə qazandırıb.

“Bakcell Arena”da baş tutmuş görüş bu kollektivlərin ölkə çempionatında yubiley – 50-ci oyunu olub. Əvvəlki duellərin 22-də “Neftçi”, 18-də “Kəpəz” qalib gəlib. “Ağ-qaralar” son 2 görüşdə qol buraxmayıblar. “Sarı-göylər” isə son 3 səfərdə də rəqib qapısına yol tapa bilməyiblər. Bakılılar cari mövsümdə evdə rəqibin müqavimətini qıra bilmədiyi halda (0:0), səfərdə 3 xala seviniblər (1:0).

Topaz Premyer Liqası, XV tur

11 fevral (bazar)

15:00. “Keşlə” – “Səbail” 1:1

Qol: Perdis Fərcad-Azad, 54 Fəhmin Muradbəyli, 34

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Fazil Mürşüdov

“İnter Arena”

17:30. “Neftçi” – “Kəpəz” – 1:0

Qol: Mrabdulla Abbasov, 86

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

“Bakcell Arena”

Turun ilk oyun günündə “Zirə” “Sumqayıt”la 1:1, “Qarabağ” isə “Qəbələ” ilə 0:0 hesablı heç-heçə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar