"Neftçi” Tural Axundovu transfer etdi

“Neftçi” Tural Axundovu transfer etdi
Want create site? Find Free WordPress Themes and plugins.
“Neftçi” 2018/19 mövsümü üçün ilk transferini rəsmiləşdirib. 
A24.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tural Axundov 1 illik müqaviləyə imza atıb. 29 yaşlı cinah müdafiəçisi 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Tural Axundov karyerası ərzində “Muğan” (39 oyun, 3 qol), “Rəvan” (54 oyun), “Simurq” (63 oyun) və “Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib. Ötən mövsüm “Sumqayıt”ın heyətində çıxış edən Axundov 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan təcrübəli oyunçu Belarus və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar