Neftin qiyməti 100 dollar olacaq - Proqnoz

Neftin qiyməti 100 dollar olacaq – Proqnoz
Want create site? Find Free WordPress Themes and plugins.

2019-cu ildə neftin qiyməti bir barrelə görə, 100 dollara yüksələ bilər.

A24.Az xəbər verir ki, bu barədə ABŞ-ın “Bank of America” bankının analitikləri məlumat yayıblar.

Məlumatda bildirilir ki, növbəti il Venesuela və İranın neft ixracında yarana biləcək problemlər, rəsmi Tehrana qarşı nəzərdə tutulan sanksiyalar, o cümlədən dünya neft ehtiyatlarının azalması qara qızılın qiymətini 100 dollara qədər yüksəldə bilər.

Qeyd edək ki, neft sektorunun hazırda ən böyük maqnatlarından olan ABŞ-ın “Goldman Sachs Group” şirkəti isə 2019-cu ildə neftin qiymətini 82,5 dollar proqnazlaşdırır.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar