A24 Xeber

Neftin qiyməti 75 dolları ötdü

Neftin qiyməti 75 dolları ötdü
30
24 Aprel 2018 - 3:27

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,99 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,16 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

 Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 69,84 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti isə 73,90 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel azdır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00