A24 Xeber

Nəhayət etiraf etdi: Çinlə müharibə edəcək gücümüz yoxdur

Nəhayət etiraf etdi: Çinlə müharibə edəcək gücümüz yoxdur
76
23 May 2018 - 16:38

Filippin lideri Rodriqo Duterte ölkəsinin Çinlə müharibə edəcək gücünün olmadığını, belə bir şey olduğu halda Filippin silahlı qüvvələrinin darmadağın ediləcəyini açıqlayıb.

“A24.az” xəbər verir ki, bu barədə Filippin dövlət başçısı Filippin donanmasının 120-ci qurtuluş ildönümü ilə bağlı Manilada baş tutan çıxışı zamanı deyib.

Çıxışı zamanı Rodriqo “bu dövrdə müharibə etməyə gücümüz çatmaz. Qazana bilməyəcəyik və nəticəsi silahlı qüvvələrin darmadağın olacağı bir savaşa girmərəm. Qəbul etsəniz də, etməsəniz də, həqiqət budur” ifadələrini işlədib.

Qeyd edək ki, sonuncu dəfə Cənubi Çin dənizində qalmaqallı adalara bombardıman təyyarəsinin endirilməsi bölgədə gərginliyə səbəb olmuşdu.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00