Nərgiz Paşayeva vitse-prezident seçildi

Nərgiz Paşayeva vitse-prezident seçildi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yeni vitse-prezidentlər seçilib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, AMEA-nın prezidenti Akif Əlizadə vitse-prezidentlərinin sayının üç nəfər artırıldığını diqqətə çatdırıb.

Belə ki, akademik Nərgiz Paşayeva həm Rəyasət Heyətinin yeni üzvü, həm də vitse-prezident seçilib. O, təhsil sahəsi üzrə işlərə baxacaq. Biologiya sahəsi üzrə isə İradə Hüseynova da həm üzv, həm də vitse-prezident seçilib. Akademiyanın müxbir üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra edən seçilib. O da eynizamanda, Rəyasət Heyətinə üzv seçilib.

AMEA-nın digər vitse-prezidentləri vəzifələrinə yenidən akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyev seçki yolu ilə seçiliblər.

Bundan başqa, səsvermə nəticəsində Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar