Netanyahu açıqladı: “6 ölkə səfirliklərini Qüdsə köçürməyə hazırdır”

Netanyahu açıqladı: “6 ölkə səfirliklərini Qüdsə köçürməyə hazırdır”
Want create site? Find Free WordPress Themes and plugins.

Azı 6 ölkə səfirliklərinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair İsrail hökuməti ilə ciddi danışıqlar aparıb.

“A24.az”ın “Times of Israel”ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Azı 6 ölkə səfirliklərinin Qüdsə köçürülməsinə dair bizimlə ciddi danışıqlar aparıb. Bu barədə məlumat verməkdən çox məmnunam. Qvatemalaya bu addıma görə təşəkkürümüzü bildiririk. Sizin ardınızca digərləri də gedəcək”, – deyə baş nazir əcnəbi diplomatlarla görüşündə bildirib.

Benyamin Netanyahu hansı ölkələrlə danışıqların aparıldığını açıqlamayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar