Netanyahu: Ərdoğanın rəhbərliyi altında Türkiyə qaranlıq diktatorluğa çevrilir

Netanyahu: Ərdoğanın rəhbərliyi altında Türkiyə qaranlıq diktatorluğa çevrilir
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail Baş Naziri Benyamin Netanyahu Ərdoğanın Yəhudi Dövlət Qanununa qarşı sərt iradlarının ən böyük kompliment kimi dəyərləndirdiyini deyib.

A24.Az Sputnik Türkiyəyə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanı demokratiya çempionu – deyə qiymətləndirən Netanyahu, Ərdoğanın Yəhudi Dövlət Qanununa qarşı təhdidinin bu qanuna edilmiş ən böyük kompliment olduğunu bildirib. Netanyahu, Ərdoğanın rəhbərliyi altında Türkiyə qaranlıq diktatorluğa çevrilərkən, “İsrail vətəndaşlarının tam hüquqlarını qanundan əvvəl də qanunun sonra da qoruyur” – deyə bildirib. İsrail baş naziri, Ərdoğanın Suriyalıları və Kürdləri qətlə yetirdiyi, öz vətəndaşlarını həbsə atdığı iddiasını da təkrar edib. Qeyd edək ki, Ərdoğan, Yəhudi Dövlət Aktının qəbul edilməsinin, İsrailin ən faşist, ən irqçi dövlət olduğunu sübut etdiyini dilə gətirmiş, Hitlerin ruhu İsrailin bəzi rəhbərləri arasında yenidən xortlamışdır”, – deyə bildirmişdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar