Netanyahu: İran mövcudluğumuza ən böyük təhdiddir

Netanyahu: İran mövcudluğumuza ən böyük təhdiddir
Want create site? Find Free WordPress Themes and plugins.

İsrailin Baş naziri Binyamin Netanyahu İranın Suriyanı ölkəsinə qarşı ölümcül hərbi bazaya çevirməsinə və nüvə silahlarının hazırlanmasına icazə verməyəcəklərini bildirib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri ölkəsinin cənubunda yerləşən Birus Seba (Beer Şeva) şəhərindəki İsrail Hava Qüvvələrinin Hatzerim Hava bazasında təhsil alan pilotların məzuniyyət mərasimində bildirib.

Netanyahu mərasimdə çıxış edərkən “Açıq şəkildə ifadə edirəm: İranın nüvə silahı hazırlamasına icazə verməyəcəyik. İranın bizə qarşı Suriyada ölümcül raket hərbi bazası yaratmaq planına qarşı güclü addımlar atmağa davam edəcəyik. İrandan danışıram. Çünki İran bizim mövcudluğumuza qarşı ən böyük təhlükədir və biz bu təhlükəni qayandırmaqda qərarlıyıq” deyib.

Qeyd edək ki, ötən ay verdiyi açıqlamasında Netanyahu müharibə olarsa İranla üzləşməyə hazır olduğunu deyib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar