Netanyahu Qüdsdə açılacaq ABŞ səfirliyi üçün TARİX verdi

Netanyahu Qüdsdə açılacaq ABŞ səfirliyi üçün TARİX verdi
Want create site? Find Free WordPress Themes and plugins.

İsrailin baş naziri Binyamin Netanyahu bir neçə həftə ərzində ABŞ-ın Qüdsdə səfirliyinin açılacağını deyib.

“A24.az” xəbər verir ki, bu barədə Binyamin Netanyahu İsrailin Qüdsdəki Xarici İşlər Nazirliyində keçirilən mərasimdə çıxışı zamanı deyib.

Açıqlamasında o, Qüdsdə ABŞ səfirliyinin bir neçə həftə ərzində açılacağını, bununla yanaşı müxtəlif ölkələrə aid bir çox digər səfirliklərin də Qüdsə köçürüləcəyini bildirib.

Netanyahu “beynəlxalq münasibətlərimiz Xarici İşlər Nazirliyi tərəfindən aparılır, onlara minnətdaram. Bununla birlikdə ölkə xaricində olan İsrail diplomatlarının təhlükəsizliyini təmin etmək üçün də dayanamdan çalışırıq”, şəklində danışıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da verdiyi açıqlamasında Tel Avivdəki Amerika səfirliyinin Qüdsə köçürülməsi üçün təlimat verdiyini açıqlamışdı.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar