Netanyahu Suriyadakı İran hərbi bazasını Trampın razılığı ilə vurdu

Netanyahu Suriyadakı İran hərbi bazasını Trampın razılığı ilə vurdu
Want create site? Find Free WordPress Themes and plugins.

Wall Street Journal: İsrail Baş Naziri Binyamin Netanyahu Suriyada İran İnqilab Mühafizəçilərinin olduğu T-4 bazasına, ABŞ prezidenti Donald Trampın üstü örtülü razılığını alaraq Vaşinqton ilə koordinasiyalı şəkildə hava hücumu təşkil edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İsrailin 9 Apreldə Suriyanın Xüms bölgəsində Tayfur (T-4) hava bazasına təşkil etdiyi hava hücumunu ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirdiyi irəli sürülüb. T-4-ə İran qüvvələri yerləşdiyindən bu hücum İran-İsrail müharibəsinə səbəb ola biləcəyi potensiyalı ilə diqqət çəkmişdi. New York Times qəzeti, bazar günü, İsrailli bir hərbi mənbənin “Həm texnikalar, həm insanlar baxımından ilk dəfə canlı İran hədəflərinə hücum etdik” sözlərini bildirdi.

Wall Street Journal (WSJ) qəzeti bu gün kəşfiyyat rəsmiləri və məsələdən xəbərdar digər mənbələrə əsaslandırdığı xəbərində İsrail Baş Naziri Binyamin Netanyahunun T-4-dəki İranın Hava Hücumunda Müdafiə sistemlərini hədəf almaq üçün ABŞ prezidenti Donald Trampın üstü örtülü şəkildə razılığını aldığını yazıb. Trampla görüşdən sonra T-4-ə hava hücumu təşkil olunması əmrini verən Netanyahunun İranın İsrail təyyarələrinə qarşı yeni model zenit sistemləri istifadə etmək qabiliyyətinə zərər verməyi qarşısına məqsəd qoyduğunu bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar