Netanyahudan İrana daha bir ZƏRBƏ: Gizli nüvə silahı proqramına dair sübutlarımız var

Netanyahudan İrana daha bir ZƏRBƏ: Gizli nüvə silahı proqramına dair sübutlarımız var
Want create site? Find Free WordPress Themes and plugins.

Mətbuat konfransı keçirən İsrail Baş Naziri Binyamin Netanyahu İranın nüvə anlaşmasına baxmayaraq gizli nüvə silahı proqramının olduğunu, buna dair əllərində dəlil olduğunu iddia edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniyanın (5+1) İranla uzun illər davam edən danışıqlarından sonra 2015-ci ildə razılaşdıqları nüvə razılaşmasına dair sazişin əvvəlindən əlindən gələni edən İsrail baş naziri Binyamin Netanyahu, bu dəfə ABŞ-ın İraqı işğal etməsindən əvvəl Səddamın olmayan kütləvi qırğın silahlarıyla bağlı çıxışlarını xatırladan bir açıqlama ilə beynəlxalq ictimaiyyətin qarşısına çıxıb.

İsrail lideri İran rəhbərliyinin daha əvvəl heç nüvə silahı inkişaf etdirməyə çalışmadığını, lakin ələ keçirdikləri yarım ton İran sənədinin keçmiş nüvə silahı proqramlarını sübut etdiyini irəli sürdü.

Ələ keçirdikləri 100 mindən çox sənədin nüvə müqaviləsinin yalanlar üzərində qurulmuş olduğunu sübut etdiyini ortaya atan Netanyahu əllərindəki sənədlərin İranın bütün dünyaya yalan danışdığını sübut edəcəyini bildirdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar