A24 Xeber

Netanyahunun karikaturasını çəkən şəxs işdən çıxarıldı – FOTO

Netanyahunun karikaturasını çəkən şəxs işdən çıxarıldı – FOTO
106
18 May 2018 - 16:18

Almaniyada “Süddeutsche Zeitung” qəzetinin karikaturaçı rəssamı Dieter Hanitzsch Netanyahunun karikaturasnı çəkdiyi üçün işdən çıxarılıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Almaniyanın yerli qəzeti olan “Süddeutsche Zeitung” karikaturaya görə üzr istəmək məcburiyyətində də qalıb.

Karikaturada yer alan görüntü isə “Eurovision 2018” mahnı müsabiqəsində qalib gələn müğənni Netta Barzilayın paltarının Netanyahuya geyindirilməsidir. Həmçinin əlində raket tutan Netanyahu “Gələn il Qüdsdə” deyərək mahnı oxuduğu şəkildə təsvir edilib.

Sosial media və Almaniyanın digər media qurumlarından gələn sərt reaksiyalardan sonra Hanitzschin işdən çıxarılıb.

Hanitzsch alman mediasına verdiyi açıqlamasında işinə xitam verildiyini təsdiqləyib və karikaturada nəyi demək istədiyini bu cür izah edib: “Netanyahu müğənni Nettanın qələbəsindən pis məqsədləri üçün istifadə edir”. O bildirib ki, bir müxbirin çəkdiyi şəkildən dolayı işinə son verilməsi çox təsadüf edilməyən bir şeydir: “Qışqıra bilərsən, ona xəbərdarlıq edə bilərsən, amma işdən qovmaq yaxşı yol deyil”.

Rəssam çəkdiyi karikaturaya görə peşman olmadığını da vurğulayıb.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00