Netanyahunun köməkçisi adını təmizə çıxarmaq üçün bu addımı atdı

Netanyahunun köməkçisi adını təmizə çıxarmaq üçün bu addımı atdı
Want create site? Find Free WordPress Themes and plugins.

12 qadının İsrail Baş Naziri Benyamin Netanyahunun beynəlxalq media sözçüsü Devid Keyes tərəfindən cinsi təcavüzə məruz qalmasını deməsindən sonra, Keyes adını təmizə çıxarmaq üçün işdən icazə aldığı bildirilib.

İsrail Baş Naziri Benyamin Netanyahunun 34 yaşındakı beynəlxalq media sözçüsü Keyes verdiyi açıqlamada “Mənə qarşı yalan və yanlış ittihamlardan sonra baş nazirin mühüm işlərindən diqqətinin dağılmaması üçün addımı təmizə çıxarmaq üçün icazə istədim. Həqiqətin ortaya çıxacağına əminəm” ifadələrini işlədib.

2016-ci ilin mart ayından bəri Netanyahuya xidmət edən və tez-tez televiziya ekranlarında açıqlamalar verən ABŞ vətəndaşı Keyesi qadınlara qarş cinsi təcavüzdə günahlandıranlar arasında Nyu-yorkun Əyalət Senatı namizədlərindən ABŞ-lı siyasətçi Culiya Salazar da vardı. Salazar Keyesin 2013-cü ildə özünü oral seksə məcbur etdiyini irəli sürmüşdü. Salazarın bu ittihamından sonra dünən Times Of Israel xəbər saytı da 11 qadının Keyesi müxtəlif səviyyələrdə cinsi təcavüzlə günahlandırdığını bildirib. İttihamlar Keyes Netanyahunun sözçüsü olaraq vəzifəyə başlamasından əvvəl ABŞ-da olduğu tarixlərə qədər uzanır. Qadınlardan 10-u xəbər saytına adlarının açıqlanmaması şərtilə açıqlama verərkən Wall Street Journal (WSJ) müxbiri Shayndi Raice, Keyesin onun özünə də cinsi təcavüz etdiyini bildirib. WSJ müxbiri Twitter-də yazdığı paylaşımda “Məndə bir dəfə Devid Keyesle bərbad bir qarşılaşma yaşadım. Salazara tamamilə inanıyorum. Bu adam qətiyyən xeyirdən başa düşmür. Nə qədər redd etsəm də üzərimə gəlməyi davam etdirdi. Özümü sürətli çıxara bildim. Çox qısa və narahat edici bir andı. Ancaq ayrıldığım zaman bir yırtıcı ilə qarşılaşdığımı bilirdim”, – ifadələrini qeyd edib. Digər tərəfdən, üç fərqli siyasi partiyadan 3 İsrailli qadın millət vəkili də Netanyahuya Keyesin vəzifəsindən uzaqlaşdırılması və günahlarının araşdırılması ilə bağlı çağırış edib Kulanu partiyasından Merav Ben Ari “Netanyahu hadisəyə müdaxilə etməlidir. Ən yüksək vəzifəli müşavirinin bir çox qadına təcavüz etməsi və heç bir şey olmamış kimi işini davam etdirməsi məntiqli deyil. Allah bağışlasın, mənim belə bir məsləhətçim olsa, dərhal o gün onu həqiqət ortaya çıxana qədər pulsuz məzuniyyətə göndərərdim”, – deyə bildirib. Meretz deputat Michal Rozin də “Keyes artıq xarici mətbuatda İsraili təmsil edə bilməz” ifadələrini səsləndirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar