Netanyahuya daha bir zərbə: arvadı və oğlunun adı rüşvət qalmaqalında

Netanyahuya daha bir zərbə: arvadı və oğlunun adı rüşvət qalmaqalında
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail polisi 4000 nömrəli telekommunikasiya korrupsiya araşdırması ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı və oğlunun rüşvət aldığından şübhələnildiyini bildirib.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatında xəbər dərc edilib.

4000 nömrəli telekommunikasiya korrupsiya ittihamı ilə bağlı İsrail Daşınan Qiymətlər Komissiyası rəsmiləri və polis, Benyamin Netanyahu Qüdsdəki Baş Nazirin iqamətgahında 4 saat ərzində sorğuda qalıb. Sorğuda polis həyat yoldaşı Sara və oğlu Yair Netanyahunun sözügedən işdə rüşvət aldığı nəticəsinə gəlib.

Eyni istintaq çərçivəsində daha əvvəl də bir neçə dəfə sorğu edilən Netanyahunun Bezeq media şirkətinə özünün lehinə nəşr etməsi qarşılığında maliyyə imtiyaz verdiyi iddia edilir. Netanyahuya yaxın iki nüfuzlu ad 4000 nömrəli istintaq çərçivəsində həbs olunub. İstintaq zamanı ifadə verən və Netanyahu ilə Bezeq firması arasında əlaqəni təmin etdiyi irəli sürülən Netanyahunun keçmiş mətbuat müşaviri Nir Hefetz, Bezeq şirkətinə məxsus “Walla News” adlı internet saytında Netanyahu xeyrinə xəbərlərə yer verildiyini, bunun qarşılığında da Bezeq şirkətinin maliyyə imtiyazları əldə etdiyini irəli sürmüşdü. Haqqında 4 ayrı korrupsiya araşdırması olan və bu istintaqlarda ən az 10 dəfə ifadə verən Netanyahuya “İş adamlarından bahalı hədiyyələr aldığı, Yedioth Ahronoth sahibi və naşiri Arnon Moses ilə öz xeyrinə nəşr etməsi üçün danışıqlar apardığı və Almaniyadan alınan sualtı gəmilərdə adının korrupsiyaya qarışdığı ittihamları yönəldilir. Netanyahu isə korrupsiya etdiyi istiqamətindəki iddiaları rədd edir.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar