A24 Xeber

Netanyahuya qarşı sui-qəsd cəhdi – Əsəd günahlandırılır

Netanyahuya qarşı sui-qəsd cəhdi – Əsəd günahlandırılır
19
05 İyun 2018 - 15:50

Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı sui-qəsd planlaşdıran dəstə zərərzisləşdirilib.

A24.Az xəbər verir ki, bu barədə İsrailin Daxili Təhlükəsizlik Təşkilatı “Şin Bet” məlumat yayıb.

Məlumatda məsələ ilə əlaqədar 30 yaşlı Məhəmməd Camal Rəşadın və bir neçə şəxsin saxlanıldığı bildirilib. M.C.Rəşadın Netanyahudan əlavə, Qüdsün bələdiyyə sədri Nir Barkat, ABŞ-ın burada yeni açılmış səfirlik binası haqqında da məlumat topladığı açıqlanıb.

İsrail rəsmiləri məsələ ilə əlaqədar Suriya rejimini və Bəşər Əsədi günahlandırıblar.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00