A24 Xeber

Netenyahudan MESAJ: “İsrail ordusu raket hücumlarına güc tətbiq etməklə cavab verəcək”

Netenyahudan MESAJ: “İsrail ordusu raket hücumlarına güc tətbiq etməklə cavab verəcək”
26
29 May 2018 - 16:11

 İsrail ordusu Qəzza sektorundan ərazisinin raket və minaatanlardan atəşə tutulmasına güc tətbiq etməklə cavab verəcək.

“A24.Az” Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

“İsrail HƏMAS” və “İslami cihad” qruplaşmalarının hücumlarını ciddi şəkildə qəbul edir, İsrail ordusu buna böyük güc tətbiqi ilə cavab verəcək. İsrail ona ziyan vurmağa çalışanlara artıqlaması ilə cavab verəcək”, – baş nazir deyib.

İsrail tərəfi qeyd edib ki, mayın 29-da Qəzza sektoru tərəfindən endirilən zərbələr son bir neçə ildə ən böyükmiqyaslı hücumlardır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00