A24 Xeber

Nəzirlikdən XƏBƏRDARLIQ

Nəzirlikdən XƏBƏRDARLIQ
46
03 Sentyabr 2018 - 22:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən A24.Az-a verilən məlumata görə, əksər karxana istismarçılarında yerin təkindən istifadə üçün torpaq ayırmaya dair sərəncamların, geoloji və ekoloji sənədlərin olmadığı, istismarı başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılmadığı, yataq ayırma hüdudundan kənara çıxıldığı, istismar zamanı norma və qaydalara riayət olunmadığı görüş zamanı onların diqqətinə çatdırılıb.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və irəli sürülən qanuni tələblər onlar tərəfindən anlayışla qarşılanıb. Nazirlik tərəfindən karxanaların istismarı zamanı mövcud olan nöqsanların aradan qaldırılması və tələb olunan sənədlərin tam qaydaya salınması üçün karxana sahiblərinə 45 gün vaxt verilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00