“Nicat Rəhimov gedib Ermənistanı təmsil etməyib ki…”

“Nicat Rəhimov gedib Ermənistanı təmsil etməyib ki…”
Want create site? Find Free WordPress Themes and plugins.

“Qürur duyduğumuz 23 yaşlı ağırlıq qaldıran həmyerlimiz Olimpiya çempionu Nicat Rəhimov Qazaxıstanı təmsil edib, daha niyə təəssüflənirsiniz. Gedib Ermənistanı təmsil etməyib ki…”

“A24.az” bildirir ki, bu sözlər millət vəkili Fazil Mustafanın şəxsi feysbuk səhifəsində paylaşdığı yazıdandır. Millət vəkili Qazaxıstanı təmsil edən azərbaycanlı idmançı haqqında mövqeyini bu cür davam etdirib:

“Qazaxıstan da bizimdir, necə deyərlər, öz Türkümüzdür! Qaldı ki, adamın dəyərinin bilinməməsinə, bu artıq Azərbaycanda illərdir idman aləmində yer alan anormallıqdır, yanlış strategiyadır və bəlkə də axmaqlıqdır. Mövqeyim belədir: bütün idman növlərində legioner zərurəti yalnız milli idmançımıza təcrübə qazandırmaq üçün olmalıdır. Bütün hallarda beynəlxalq yarışlarda hətta uğursuzluq ehtimalı böyük olsa belə üstünlük öz idmançımıza verilməlidir. Futbol, voleybol, həndbol, su polosu, ot üstündə xokkey, basketbol kimi idman növlərində məhz təcrübəsindən yararlanmaq məqsədi ilə bir-iki keyfiyyətli legionerin milliləşdirilməsini anlamaq olar, ancaq fərdi idman növlərində kimisə Dağıstandan, Kubadan, Qvineya-Bisaudan gətirib Azərbaycan adından yarışa çıxarmaq mütləq hansısa perspektivi olan milli idmançının sıradan çıxarılmasına səbəb olur. Əskinə bu milli idmançıları mötəbər yarışlara tez-tez buraxmaq lazımdır ki, həm özlərində inam və məsuliyyət yaransın, həm də təcrübə qazana bilsinlər. Hər halda Nicat Rəhimov hadisəsi bu mövzuda düşünmək üçün əsas vermiş oldu, hazırda bir şeylərin doğru istiqamətdə dəyişəcəyinə inanmasam da, itirdiyimiz insan kapitalı barədə mütləq düşünməliyik. Həm də yalnız idmançılar barədə deyil, dünyanın bir çox yerlərində küskün durumda yaşayan və özünü təsdiq edən bilgili, ərdəmli, peşəkar mütəxəssislərimiz barədə də düşünməliyik. Bir də idmanımızdakı sahə rəhbərlərindən, illah da legioner sevgisi ilə kimsə alışıb-yanırsa, heç olmazsa üz tutsunlar İrana, oradan özbəöz Azərbaycan türkü olan istedadlı gəncləri tapıb əlverişli şərtlərlə ölkəmizə qazandırsınlar. Necə deyərlər, canı-canımızdan, qanı qanımızdan. Təcrübədə bir neçə nümunə də olmalıdır məncə.

Nicat Rəhimov öz üzərinə düşən ağırlığı Qazaxıstan bayrağının sevgisi ilə qaldıra bildi. Görən bizlər də dəyər vermədiyimiz dəyərlərimizin itkisinin ağırlığını qaldırmağa hazırlaşırıqmı? Hələ ki, tərpəniş hiss olunmur”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar