A24 Xeber

Niderland Türkiyənin sanksiyalarına reaksiya verdi

Niderland Türkiyənin sanksiyalarına reaksiya verdi
631
14 Mart 2017 - 14:23

“Türkiyənin Hollandiyaya tətbiq etdiyi sanksiyalar çox da pis deyil”.

A24.Az xəbər verir ki, bu sözləri Hollandiya baş naziri Mark Rutte deyib.

“Əslində, Hollandiya sərt addımlar atmalı idi, amma bunu Türkiyə etdi. Doğrusu, bu, bir az qəribədir”, – Rutte bildirib.

Xatırladaq ki, Türkiyə Nazirlər Şurasının iclasında Hollandiyaya tətbiq olunan sanksiyalar bunlardır:

1. Hollandiya rəsmiləri ilə ali səviyyəli görüşlər müvəqqəti dayandırılır;

2. İcazəli Hollandiya səfirinin ölkəyə girişi qadağan edilir;

3. Rəsmi səfərlər üçün verilən icazələr ləğv edilir;

4. Türkiyə Böyük Millət Məclisindəki Hollandiya dostluq qrupu ləğv edilir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00