Nigeriya ordusu 149 nəfəri "Boko Haram"ın girovluğundan azad etdi

Nigeriya ordusu 149 nəfəri “Boko Haram”ın girovluğundan azad etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Nigeriya ordusu “Boko Haram” radikal qruplaşmasına qarşı əməliyyatın gedişatında 149 nəfərin girovluqdan azad edildiyini xəbər verib.

A24.Az xəbər verir ki, bu barədə “Premium Times” məlumat yayıb.

Nəşrin xəbərinə görə, ordu 54 qadını və 95 uşağı girovluqdan azad edib. Onlara zəruri tibbi yardım göstərilib.

Hərbçilər əməliyyatın gedişində 3 silahlını zərərsizləşdirib, daha 5 nəfər yaxalanıb.

Daha əvvəl bildirilirdi ki, silahlıların girovluğundan azad edilmiş 105 məktəbli ailələrinə qayıdıblar. Fevralda məlum olmuşdu ki, silahlılar Yobe ştatında 100-dən çox məktəblini oğurlayıblar.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar