Nigeriyada məsciddə terror: 42 ölü, 68 yaralı

Nigeriyada məsciddə terror: 42 ölü, 68 yaralı
Want create site? Find Free WordPress Themes and plugins.

Qərbi Afrika ölkəsi olan Nigeriyanın şərqindəki bir məscidə təşkil edilən terror nəticəsində 42 adamın həyatını itirdiyi, 68 nəfərin isə yaralandığı bildirilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bölgənin polis sözçüsü olan Othman Abubakar açıqlamasında, Adamawa əyalətinə yaxın Yan Gwajo bölgəsində, zöhr namazı zamanı 2 terrorçunun hücum təşkil etdiyini bildirib. Abubakar hücum zamanı 42 nəfərin öldüyünü, 68 nəfərin yaralandığını söyləyib. Axtarış qurtarma əməkdaşı olan Sanı Kakale jurnalistlərə verdiyi açıqlamada, xəstəxanaya gətirilənlərin çoxunun ağır yaralandığını bildirərək, ölənlərin sayının artacağından narahat olduqlarını vurğulayıb. Təşkil edilən hücumu hələ üzərinə götürən olmayıb.

Ancaq regionda fəal vəziyyətdə olan Boko Haram terror qruplaşmasında şübhələnirlər.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar