A24 Xeber

Nigeriyada terrorçular məscidə hücum etdi: ölən və yaralılar var

Nigeriyada terrorçular məscidə hücum etdi: ölən və yaralılar var
24
23 İyul 2018 - 18:30

Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində “Boko Haram” terrorçu qruplaşmasının məscidə bombalı hücumu nəticəsində 8 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, bunu Borno əyaləti Mülki Müdafiə Qüvvələrinin rəisi İbrahim Liman bildirib.

Onun sözlərinə görə, hücum əyalətin Konduga rayonundakı məscidə olunub.

Qeyd edək ki, “Boko Haram” 2000-ci illərin əvvəlindən fəaliyyət göstərir. 2009-cu ildən bəri bu terrorçu qruplaşmanın törətdiyi kütləvi qanlı hadisələr nəticəsində 20 minə yaxın insan ölüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00