Nikahdan öncə müayinədə bu xəstəliklə doğulanların sayında azalma QEYDƏ ALINIB

Nikahdan öncə müayinədə bu xəstəliklə doğulanların sayında azalma QEYDƏ ALINIB
Want create site? Find Free WordPress Themes and plugins.

Hemofiliya problemi 18 yaşdan yuxarı xəstələrin iş tapmasına çətinliklər törədir.

A24.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, hemofiliyalı gənclər iş üçün müraciət etdikdə onları işə qəbul etməkdən çəkinirlər: “Müraciət etdikləri qurumlarda xəstəlikləri barədə öyrənəndə hansısa problemin yaranacağından qorxaraq onları işə qəbul etmirlər. Bu, düzgün yanaşma deyil. İnanırıq ki, maarifləndirmə tədbirləri sayəsində insanlar belə fikirlərdən daşınacaq, xəstəlikdən əziyyət çəkənlərin işlə təmin olunmasına kömək edəcəklər”.

V.Hüseynov bildirib ki, son üç ildə qəbul olunan bir sıra dövlət proqramları, həmçinin nikahdan öncə cütlüklərin müayinə edilməsi nəticəsində 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında ciddi azalma müşahidə edilib.

Son illər aparılan işlər sayəsində xəstəlikdən əziyyət çəkənlərin çoxunun yaş həddi 20-dən yuxarı qalxıb. Hazırda mərkəzdə yaşı 18-dək olan təxminən üç minə yaxın uşaq qeydiyyatdadır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar