A24 Xeber

Nikol Paşinyan Baş Qərargah rəisini işdən çıxartdı – FOTO

Nikol Paşinyan Baş Qərargah rəisini işdən çıxartdı – FOTO
78
24 May 2018 - 12:38

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Movses Akopyanın vəzifəsindən uzaqlaşdırılması üçün prezident Armen Sarkisyana müraciət edib.

“A24.az” “news.am”a istinadən xəbər verir ki, bu haqda Paşinyan mayın 24-ü Ermənistan parlamentinin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, bu gün Movses Akopyan tutduğu vəzifəni tərk edəcək. Günün sonuna kimi Baş Qərargaha kimin yeni rəis təyin ediləcəyi məlum olacaq.

Baş nazir Nikol Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın yeni Baş Qərargah rəisi sabah Silahlı Qüvvələrə təqdim ediləcək.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00