A24 Xeber

Nikol Paşinyan istefa verəcəyi günü açıqladı

Nikol Paşinyan istefa verəcəyi günü açıqladı
301
11 May 2018 - 14:41

Ermənistanın baş naziri Nikol Paşinyan ictimai dəstəyin olmayacağı təqdirdə istefa verəcəyini açıqlayıb.

“A24.az” bildirir ki, N.Paşinyan bunu hökumətin iclası zamanı deyib.

O bildirib ki, hazırda ictimai dəstəyi hiss edir: “Bu dəstəyin olmadığı anda mən baş nazir vəzifəsindən istefa verəcəyəm”.

Qeyd edək ki, N.Paşinyan bir aya yaxın davam edən etiraz aksiyalarından sonra mayın 8-i Ermənistanın baş naziri seçilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00