A24 Xeber

Nikol Paşinyan rusiyalı deputatlarla görüşmək istəyir

Nikol Paşinyan rusiyalı deputatlarla görüşmək istəyir
42
29 Aprel 2018 - 10:30

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatları bu gün Ermənistandakı etiraz aksiyaların lideri Nikol Paşinyanla görüşəcəklər.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

“Nikol Paşinyan məndən görüşməyi xahiş etdi. Mənə zəng edib dedilər ki, Paşinyan aprelin 29-da parlamentdə görüşməyi xahiş edir”, – deyə Leonid Kalaşnikov bildirib.

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti ötən gün Ermənistan parlamentinin bütün fraksiyaları görüşlər keçiriblər.

Qeyd edək ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 23-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00