Nikol Paşinyanın hara aparıldığı məlum deyil

Nikol Paşinyanın hara aparıldığı məlum deyil
Want create site? Find Free WordPress Themes and plugins.

“Mülki Müqavilə” partiyasının və “Mənim addımım” hərəkatının lideri, Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan Sevan Polis İdarəsi tərəfindən saxlanılıb və hazırda onun harda olduğu məlum deyil.

“A24.az” “news.am”a istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyanın vəkili Rüstəm Badasyan “Facebook” səhifəsində yazıb.

“Nikol Paşinyan Sevan Polis İdarəsində deyil, müstəntiq telefonla məlumatları təsdiqləyib. Şöbə-şöbə gəzərək deyib ki, gün ərzində burda olub, amma indi yoxdur. “Hardadır?” sualına isə cavab verən yoxdur. “Kim aparıb?”, yenə cavab yoxdur. Düşünürəm, şərhsiz, düşünürəm ki, 1937-ci ildə insanlar daha yaxşı qorunurdular” deyə, Paşinyanın vəkili yazıb.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Aprelin 22-də İrəvanın Erebuni rayonunda polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar