Niyə plastik çubuqlardan istifadə etməməliyik?

Niyə plastik çubuqlardan istifadə etməməliyik?
Want create site? Find Free WordPress Themes and plugins.

Gündəlik həyatımıza daxil olan plastik pipetlər bir çoxları tərəfindən səhər, günorta və hətta axşam yeməklərində belə içkilərdə istifadə olunur. Lakin diqqət yetirmədən istifadə etdiyimiz bu pipetlərin sağlamlığımıza ciddi şəkildə ziyanı var. Üstəlik bu zərər elə də cüzi deyil, əksinə ciddiyə alacaq qədər narahatedicidir.

“A24.az” bildirir ki, 2010-cu ildə aparılan bir araşdırmaya görə, okeanlara 8 milyon ton plastik məmulatların atıldığı üzə çıxıb. Bu rəqəmin gələcək illərdə daha da artması gözlənilir. Dünya İqtisadi Forumun hazırladığı hesabata görə, 2050-ci ilə qədər okeanlarda balıqlardan çox plastik məmulatların olacağı qeyd edilib.

Plastik məmulatlar təkcə okeanlara deyil, orda yaşayan canlılara da ziyan verir. 2015-ci ildə burun dəliyinə plastik çöp girən dəniz tısbağasının görüntüləri sosial şəbəkələrdə səs-küy yaratmışdı.

Ümumiyyətlə, plastiklərin bioloji olaraq məhv olmaları çox çətindir. Çünki dayanıqlı şəkildə hazırlanırlar. Odur ki, bizim sadəcə 10 dəqiqəlik hansısa mayeni içməyimiz üçün dodaqlarımıza qoyduğumuz plastik pipetlərin təbiətdə məhv olması üçün 500 il keçməlidir.

O zaman nə etməliyik?

Məsələn, plastik çubuqlardan istifadə etmək yerinə şüşə qabdan su içə və ya paslanmaz dəmirdən pipet hazırlamaq üçün sərmayə qoyun. Bu istifadə ediləcək plastik məmulatların sayını azaldacaq.

Bundan başqa, restoranda olan zaman içəcəyiniz suya plastik pipet qoyulmamasını deyə bilərsiniz.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar