Niyə universitetlərimiz barəsində müsbət xəbərlər yazılmır? - HESABAT

Niyə universitetlərimiz barəsində müsbət xəbərlər yazılmır? – HESABAT
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadla universitetlərlə bağlı iyul ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 6723 xəbər yerləşdirilib. Bunlardan 36 xəbər mənfi, 6687 xəbər isə neytraldır. Mənfi xəbərlər Azərbaycan Texnologiya Universiteti (23 xəbər – Universitetinin əməkdaşı Prezidentə müraciət etdi), Bakı Slavyan Universiteti (8 xəbər – BSU-da nə baş verir? – İTTİHAM) və Dövlət Pedaqoji Universitetinə (5 xəbər – Rektor haqqında SENSASİON İDDİALAR) məxsusdur. İyul ayında elektron mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 766 xəbər
2 Azərbaycan Tibb Universiteti 413 xəbər
3 Neft və Sənaye Universiteti 410 xəbər
4 Dövlət İqtisad Universiteti 406 xəbər
5 Bakı Ali Neft Məktəbi 360 xəbər
6 Mədəniyyət və İncəsənət Universiteti 352 xəbər
7 ADA Universiteti 342 xəbər
8 Bakı Musiqi Akademiyası 333 xəbər
9 Dövlət Aqrar Universiteti 316 xəbər
10 Azərbaycan Texniki Universiteti 278 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1393 neytral xəbər dərc edilib. İyul ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama: 

1 Bakı Dövlət Universiteti 165 xəbər
2 Dövlət İqtisad Universiteti 106 xəbər
3 Azərbaycan Texniki Universiteti 96 xəbər
4 ADA Universiteti 80 xəbər
5 Neft və Sənaye Universiteti 75 xəbər
6 Mədəniyyət və İncəsənət Universiteti 71 xəbər
7 Bakı Ali Neft Məktəbi 65 xəbər
8 Bakı Musiqi Akademiyası 57 xəbər
9 Azərbaycan Dövlət Aqrar Universiteti 55 xəbər
10 Azərbaycan Tibb Universiteti 53 xəbər

İyul ayında televiziya kanallarında universitetlər haqqında 269 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Memarlıq və İnşaat Universiteti 47 xəbər
2 Bakı Musiqi Akademiyası 45 xəbər
3 Bakı Dövlət Universiteti 34 xəbər
4 Dövlət Aqrar Universiteti 21 xəbər
5 Azərbaycan Tibb Universiteti 16 xəbər
6 Mədəniyyət və İncəsənət Universiteti 15 xəbər
7 Azərbaycan Milli Konservatoriyası 14 xəbər
8 ADA Universiteti 11 xəbər
9 Neft və Sənaye Universiteti 11 xəbər
10 Dövlət Rəssamlıq Akademiyası 9 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Media, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar