A24 Xeber

Dünya metrostansiyaları içində Bakı metrosunun Nizami stansiyasının özünə məxsus yeri var. Çünki Nizami stansiyasında dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”si mövzusunda işlənmiş pannolar buranı həm də metro ilə yanaşı bir sənətkarlıq guşəsinə çevirir. 40 il əvvəl divarlara həkk olunan şəkillər son vaxtlarda bir qədər solmuş, daşların arası kif bağlamışdı. Nizami stansiyasının əsaslı təmiri çərçivəsində həmin şəkillər də çox incəliklə təmizlənir və əvvəlki vəziyyətinə qaytarılır. 

Kənardan rəssamlıq emalatxanasına oxşayır, amma bura hamımızın tez tez qarşısından keçib getdiyi Nizami metro stansiyasındakı tablolardır.

Nizami stansiyası həm də Azərbaycan memarlığının incilərindən biri sayılır. Çünki, stansiyanın divarlarında dahi Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin motivləri əsasında səhnələr yer alır.

Təsvirlərin müəllifi xalq rəssamı Mikayıl Abdullayevdir. Elə pannoların bərpası ilə də onun tələbələri məşğul olur.

Pannolar üzərindəki təsvirlərin səthləri yenidən işlənir, qopmuş təsvirli daşlar bərpa olunur, həmçinin pannolar korroziyaya daha davamlı vəziyyətə gətirilir.

40 il əvvəl istismara verilən stansiyada ümumi bərpa işləri mərhələlərlə aparılır. İşlərin həcminin böyüklüyünə baxmayaraq Nizami stansiyası işini dayandırmayıb.

Xəzər Xəbər

Dünya metrostansiyaları içində Bakı metrosunun Nizami stansiyasının özünə məxsus yeri var. Çünki Nizami stansiyasında dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”si mövzusunda işlənmiş pannolar buranı həm də metro ilə yanaşı bir sənətkarlıq guşəsinə çevirir. 40 il əvvəl divarlara həkk olunan şəkillər son vaxtlarda bir qədər solmuş, daşların arası kif bağlamışdı. Nizami stansiyasının əsaslı təmiri çərçivəsində həmin şəkillər […]

Nizami metrosunun təmirindən görüntülər – VİDEO

600