Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu

Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Norveç yığması Cənubi Koreyanın Phençhan şəhərində keçirilən Qış Olimpiya Oyunlarının qalibi olub.

A24.Az xəbər verir ki,  norveçli idmançılar Olimpiadada 39 medal qazanıblar (14 qızıl, 14 gümüş və 11 bürünc).

Norveç təmsilçiləri bu medallardan yeddisini dağ-xizək idman növlərində (1-4-2), altısını biatlonda (1-3-2), 14-nü xizək yarışlarında (7-4-3), beşini xizəkdə tramplindən tullanmada (2-1-2), dördünü konkisürmədə (2-1-1), bir bürünc medal kerlinqdə, bir qızıl fristaylda, bir gümüş medal isə ikinövlü xizəksürmədə qazanıblar.

Onlar ABŞ millisinin 2010-cu ildə Vankuverdə göstərdiyi (37 medal) nəticəni üstələyərək tarixi rekorda imza atıblar.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar