Norveçdə qadınlar məcburi əsgərliyə gedəcək

Norveçdə qadınlar məcburi əsgərliyə gedəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Norveçdə qadınlara məcburi əsgərlik tətbiq edilib.

“A24.az” xəbər verir ki, “Rudaw”ın verdiyi məlumata görə, Norveç, qadınlara məcburi əsgərliyin tətbiqi ilə bu qərarı verən ilk NATO ölkəsi oldu.

Alınan qərara əsasən, 19 yaşına çatan norveçli qadınlar da kişilər kimi əsgərlik xidmətini yerinə yetirmək üçün əlaqədar qurumlara müraciət edəcək.

Məcburi əsgərlik xidmətini yerinə yetirən qadın və kişilər isə qarışıq yataqxanalarda qalacaq.

Ölkənin şimal bölgəsində yerləşən Setermoendə xidmətə başlayan bir qrup qadın əsgərlər artıq atəş açmaq və yaxın döyüş tədrislərinə başlayıb.

Qeyd edək ki, bu, norveçli qadınların ordudakı ilk xidməti deyil. Təqribən 40 ildir ki, norveçli qadınlar əsgərlik edir, lakin bu könüllülük əsasında həyata keçirilirdi.

Orduda əhəmiyyətli vəzifələr alan qadın zabitlərdən bəziləri 1990-cı illərdə reaktiv pilotluğu, dənizaltı komandirlik kimi vacib vəzifələrə qədər yüksəliblər.

Qadınlara da məcburi əsgərliyin tətbiq edilməsini tələb edən qanunun 2013-cü ildə parlamentdən keçməsinə baxmayaraq, həyata keçirilməsi yaxın dövrlərə təsadüf edib.

Ölkədəki 5 müdafiə nazirinin 4-ü isə kadın vəkillərdən seçilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar