Növbədə 20 dəqiqə gözlədim - Siyavuş Novruzov

Növbədə 20 dəqiqə gözlədim – Siyavuş Novruzov
Want create site? Find Free WordPress Themes and plugins.

Seçki prosesi qanunun tələblərinə uyğun keçirilib.

A24.Az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov bildirib.

MSK sədrinin ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına toxunan S. Novruzov deyib ki, Azərbaycanda müstəqillik illərində peşəkar seçki komissiyası formalaşıb:

“Namizədlər də deyirlər ki, onlar hər hansı problemlə üzləşməyiblər. Beş gün əvvəl Azərbaycana gələnlər reallığı necə bilə bilərlər? Mən prezidentin səlahiyyətli nümayəndəsi kimi seçki məntəqəsində səs vermək üçün 20 dəqiqə növbədə gözləmişəm. Bu, seçkinin hansı səviyyədə keçdiyini göstərir”. (Publika.az)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar