A24 Xeber

Növbədənkənar Prezident seçkilərinin nəticələri ilə bağlı iclas başladı

Növbədənkənar Prezident seçkilərinin nəticələri ilə bağlı iclas başladı
47
17 Aprel 2018 - 15:40
Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
A24.Az xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi haqqında məlumat verəcək.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00