Növbəti iki gün ərzində hava necə olacaq? 

Növbəti iki gün ərzində hava necə olacaq?
Want create site? Find Free WordPress Themes and plugins.

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək”.

A24.Az xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, fevralın 19-u gündüz saatlarından yağmur tədricən kəsiləcək: “Fevral ayının 20-21-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi şimal və şərq rayonlarında hava şəraiti az yağıntılı olacaq. Şərq küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar