Növbəti üç gündə müşahidə olunacaq hava proqnozu

Növbəti üç gündə müşahidə olunacaq hava proqnozu
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvarın 31-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu son günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək. Cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq, bəzi yerlərdə arabir güclənəcək”.

Onun sözlərinə görə, fevralın ayının 1-də hava şəraiti qeyri-sabit keçəcək: “Fevralın 1-də bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Bu qısa müddətli olacaq. Fevralın 1-i axşamdan yağıntılar tədricən kəsiləcək. Fevralın 2-dən isə ölkə ərazisində hava şəraitinin yenidən sabit və gün ərazində yağmursuz keçəcəyi proqnozlaşdırılır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar