Novruz Məmmədov müəllimlərlə bağlı QƏRAR imzaladı

Novruz Məmmədov müəllimlərlə bağlı QƏRAR imzaladı
Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə şamil edilməyəcək.

“A24.az”ın məlumatına görə, bunu bağlı Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarın adına və 1-ci hissəsinin birinci abzasına “işçilərinin” sözündən sonra “(dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla)” sözləri əlavə edilib.

Qərara görə, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı 30 saat; bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır); ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat; ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü isə 500 saatdan az olmamaqla müəyyən edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar