Novruz Məmmədov nazirləri topladı - FOTO

Novruz Məmmədov nazirləri topladı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair geniş iclas keçirilib.

A24.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişi”ndən irəli gələn öhdəliklər və bu öhdəliklərin yerinə yetirilməsi üzrə aidiyyəti dövlət qurumlarının qarşısında duran vəzifələr haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsi barədə və idxalı əvəz edən rəqabətqabiliyyətli məhsul istehsalının təşviqi və dəstəklənməsi ilə bağlı verilmiş təkliflərə dair məsələlər daxil edilib.

Müzakirəyə çıxarılan məsələlər üzrə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər üç mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda gündəlikdə duran məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

İclasa yekun vuran Novruz Məmmədov qarşıda duran vəzifələrin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar