A24 Xeber

Novruz Məmmədov xarici kəşfiyyatçılarla bağlı qərar imzaladı

Novruz Məmmədov xarici kəşfiyyatçılarla bağlı qərar imzaladı
80
07 Sentyabr 2018 - 9:51

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiq edilib.

“A24.az” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiq edilir.

Xarici Kəşfiyyat Xidmətinə tapşırılır ki, Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etsin.

Bu qərarın icrası ilə bağlı maliyyələşdirmə məsələləri dövlət büdcəsində Xarici Kəşfiyyat Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00