Nuray: "Sevgilim çox qısqanc idi, çox dözdüm amma..."- FOTO

Nuray: “Sevgilim çox qısqanc idi, çox dözdüm amma…”- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Müsahibim mahnıları youtube üzərində milyonlarla baxış sayı yığan gənc və tanınmış ifaçı Nuray Məhərovdur.

A24.Az xəbər verir ki, İfaçının BiG.AZ-a səmimi müsahibəsini təqdim edirik: – Oxucularımıza bu sənətə gəlişin barədə məlumat verərdin.
– Mən Şəmkir şəhərində böyüyüb, boya-başa çatmışam. 8 ildir Bakıda yaşayıram. Bakıya gəlişimin səbəbi uniiversitetə daxil olmağımla bağlı idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olmuşam. Yalçın Rzazadə kimi sənətkardan dərs almışam. Universitetə qəbul olmağım həm sənətə gəlməyimə, həm də mahnılarımı təqdim etməyimə şərait yaratdı. İlk mahnım “Gedirəm” olsa da, “Doğum günü” mahnımla sevilmişəm. Bu sənətə pillə-pillə gəlmişəm. Və əminliklə deyə bilərəm ki, qalmaqalsız.
– Sizə də məlumdur ki, xanımlar bəylərdən daha tez məşhur olur. Bunun səbəbi sizcə nədir?
– Tarixboyu kişilər əziyyət çəkməyi seviblər, yəqin ondan irəli gəlir. Xanımların gözəlliyi həmişə onlara kömək olub, bundan da ola bilər. Nə deyim başqa ?! ( gülür-red)
-Məgər, səhnəmizdə yaraşıqlı kişi azdır?
– Məncə var, amma azdır. – Özünüzü yaraşıqlı hesab edirsiniz?
-İndi hə… Çünki illər öncə mən artıq kilodan əziyyət çəkmişəm. Hazırda olan bədən quruluşum özümü yaraşıqlı hesab etməyimə şərait yaradır. Özümə diqqət edən biriyəm. Müğənni dediyin hər şeyi ilə seçilməlidir- geyimi, davranışı, səsi hər şey tamamlanmalıdır.
– Kişilərin qaş almasına, botoks etdirməsinə necə baxırsız? Səhnə gözəllik tələb edir deyib, onları etmək normaldır?
– Bununla bağlı bir nüansı vurğulayacam. Verlişlərdə də demişəm. Mənim qulağımda xal var, elə bilirlər ki, sırğa taxmışam. Sırğa taxanlara, botoks etdirənlərə, qaş alanlara pis baxmıram, çünki heç kimin şəxsi həyatına müdaxilə edə bilmərəm. Amma özüm qəti etmirəm. Hər kəsin şəxsi həyatı var.
-Sevgi var?
-Əlbəttə, var. Kim deyir ki, yoxdur?!
– Bəs, sevdiyiniz varmı? – Var idi, alınmadı ayrıldıq. Mən o insana yetərincə dözdüm. Amma sonunda ayrılmağa məcbur oldum. Çünki, aşırı dərəcədə qısqanc biri idi. Mənsə elə insanla yola gedə bilmərəm.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar