A24 Xeber

Nüşabə Ələsgərli: Bizim əhalini pislik basıb – VİDEO

Nüşabə Ələsgərli: Bizim əhalini pislik basıb – VİDEO
128
30 İyun 2017 - 16:30

A24.az-ın bu dəfəki müsahibi Nüşabə Ələsgərlidir.

Uzun müddətdir efirlərdən uzaq qalan müğənni Azərbaycan səhnəsindən narazılıqlarını dilə gətirib:

  • Şou aləmini izləmirəm, hər kəsə hörmətlə yanaşmaq lazımdır.

Yaradıcılığınızda yeniliklər var?

  • Evimizdə faciə oldu, anam və cavan bacım vəfat etdi. Pedaqoji işlərlə məşğul oluram, tədbirlərə qatılıram. Ancaq yeni mahnı yazdırmamışam.

Bir müsahibənizdə başınıza gələn xoşagəlməz hadisələrdən sonra dostlarınızın uzaqlaşdığını söyləmisiniz, kimlərdir onlar?

  • Özünü dost kimi göstərib kimdənsə mənə söz çatdırıblar, bu xoşuma gəlməyib. Məni istəyən adam indiki vəziyyətimdə belə edəndə əsəbi oluram. Haqqımda danışanların cavabını yerində vermək lazımdır, mənə çatdırıb ürəyimi bulandırmaq yox. Küsdüyüm dostum yoxdur.

Müğənnilərin toya gediş qiyməti açıqlandı, sizdə bu məbləğ nə qədərdir?

  • Saytlar tamamilə səhv məlumat yazır, toy var ki, yaxın insandır pulsuz oxuyuram, digərlərinə isə müxtəlif qiymətlər danışırıq. Təxminən 6-7 min manat civarında olur bu məbləğ.

Əli Mirəliyev son dövrlərdə müğənnilərin sponsor dəstəyilə efirə çıxdığını deyib, siz necə düşünürsünüz?

  • Əli Mirəliyev yaxşı edib, efirləri izləmirəm, xoşuma gələn müğənnilərə baxıram, digərlərini heç tanımıram da. Sosial verilişləri izləyirəm: “Nanəli” Ay Zaur” və.s

Zaur Kamalın verilişini izləyirsiniz? Onun davranış şəklini bəyənirsiniz?

  • İzləyirəm, Zaur illərin aparıcısıdır, verilişində dinamika xatirinə nəisə qıcıqlandırıcı sözlər ola bilər. Arada ola bilər çərçivədən çıxır. Amma dostumuzdur, xətrini çox istəyirəm.

Son dövrlər o “çərçivədən çıxmalar” çox olub və bu da mətbuatda yaxşı qarşlanmayıb.

  • Mətbuat da nədənsə yazmalıdır. Əslində sevinirsiniz belə hadisələrin baş verməyinə. Çünki sizə yazmağa mövzu verirlər.

Jurnalist olaraq mən sevinmirəm, Nüşabə xanım.

  • Gəncsiniz, arzu edirəm ki, hər zaman optimist olaq. Pisliklədən yaxşılıq axtaraq. Bizim əhalini elə bil pislik basıb, ancaq qalmaqal axtarırlar. Efirlərdə də elə kriminal, əxlaqsızlıq bir dənə yaxşı mövzu yoxdur. Efiri açanda adamın təzyiqi qalxır. Pis xəbər eşitmək istəmirəm. Onsuz da mənə kömək edə bilmirsiniz.

Jurnalist: Brilyant Rəsulova

Operator: Fərid Orucov

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00