A24 Xeber

Nüvə raketlərini qoruyan ABŞ əsgərlərinin narkotik istifadə etdiyi ortaya çıxdı

Nüvə raketlərini qoruyan ABŞ əsgərlərinin narkotik istifadə etdiyi ortaya çıxdı
39
24 May 2018 - 22:14

ABŞ Hava Qüvvələrinə bağlı nüvə raketlərini qorumaq üçün təyin edilmiş bir qrup əsgərlərin müxtəlif narkotik maddələr istifadə etdiyi bildirilir.

A24.Az “Associated Press”ə istinadən xəbər verir ki, Vyomindəki F.E.Uorren Hərbi Hava Bazasında hərbçilər vəzifə başında olmadığı zamanda kokain və müxtəlif narkotik maddələr istifadə edib.

Məsələ ilə bağlı istintaq işlərinin başlayacağını öyrənən bir əsgərin Meksikaya qaçdığı qeyd edilib. 2016-ci ilin Mart ayında saxlanılan komandadan 14 nəfər intizam cəzası alarkən, 6-sı narkotik maddə istifadəçisi və satışı səbəbəindən məhkəmə qəraı ilə cəzalandırılmışdı.

Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov daha əvvəl verdiyi açıqlamada, Əfqanıstandakı bəzi ABŞ əsgərlərinin narkotik qaçaqmalçılığı yoluna daxil olduqları yönündə Moskvanın əlində məlumatlar olduğunu bildirmişdi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00