A24 Xeber

Obamanın çıxışını dinləyən Tramp: “Yatmaq üçün çox yaxşıdır”

Obamanın çıxışını dinləyən Tramp: “Yatmaq üçün çox yaxşıdır”
27
08 Sentyabr 2018 - 11:25

ABŞ prezidenti Donald Tramp ölkənin sabiq lideri Barak Obamanın İllinoys Universitetində hazırkı administrasiyanın siyasətini tənqid etiyi nitqinə cavab verib.

“A24.az” TASS-a istinadən xəbər verir ki, cümə günü Şimali Dakota ştatının Farqo şəhərində tərəfdarları qarşısında çıxış edən D.Tramp sabiq prezidentin nitqini dinləyərkən yuxuya getdiyini bildirib.

“Üzr istəyirəm. Mən onu [Obamanın çıxışını] izlədim, amma yuxuya getdim. O, çox yaxşıdır – yatmaq üçün çox yaxşıdır”, – deyə hazırkı prezident bildirib.

“Obamaya bunu demək istərdim: əgər iki il bundan öncə noyabrda [2016-cı ilin prezident seçkiləri zamanı] demokratlar öz proqramları ilə qalib gəlsəydilər, hazırda [ABŞ-ın ümumdaxili məhsulu üzrə artım] 4,2 faiz əvəzinə, sizə düzünü deyəcəyəm, 4,2 faiz eniş olacaqdı”, – deyə D.Tramp əlavə edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00